Teymur Axundov Azərbaycan atletikası tarixində ilkə imza atıb

28 İyun 2023 18:42 (UTC+04:00)

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Teymur Axundov Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, T.Axundov imtahan göstəricilərinə əsasən Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib.

Qeyd edək ki, T.Axundov Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakimimiz olub.