Avropa Oyunları: Azərbaycan triatlonçusu 6-cı yeri tutub - FOTOLAR

28 İyun 2023 14:19 (UTC+04:00)

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada təşkil olunan III Avropa Oyunlarında 6-cı yeri tutub. SİA-nın məlumatına görə, milli komandanın lideri üzgüçülük, velosiped sürmə və qaçış yarışlarında mübarizə aparıb.

36 yaşlı idmançı 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 nəfər arasında finişə 6-cı çatıb. Pevtsov birinci yerdən cəmi 8 saniyə geri qalıb.

Yarışın qalibi norveçli Torn Vetle Berqsvik olub. O, 1 saat 46 dəqiqə 50 saniyəlik göstəriciyə imza atıb.