Gəncə şəhərində törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb - PROKURORLUQ

28 İyun 2023 13:18 (UTC+04:00)

İyunun 28-si saat 11 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektində yerləşən iaşə obyektlərinin birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə Şəhər Prokurorluğundan SİA-ya bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunub, digər prosessual hərəkətlər aparılır.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.