Mingəçevirdə azyaşlını skuter vurub

27 İyun 2023 23:55 (UTC+04:00)

Mingəçevirdə azyaşlı qızı skuter vurub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin “Sahil parkı” adlanan ərazisində qeydə alınıb.

Parkda skuter sürən uşaqlardan biri, 8 yaşlı Leyla Kazımovaya çırpılıb.

Hadisə nəticəsində azyaşlı baş nahiyəsindən xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.