Xaçmazda kişi toyda bacısı oğlunu bıçaqlayıb

27 İyun 2023 10:30 (UTC+04:00)

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Murad Baxışovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.