Tanınmış müğənni və aktyorun başına iş gəlib

27 İyun 2023 07:12 (UTC+04:00)

Tanınmış müğənni və aktyor Yavuz Bingölün başına iş gəlib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin Urfada təşkil edilən konsertinə cəmi 8 nəfər gəlib.

Yaranmış vəziyyət ifaçını xeyli pərt edib. O, səhnədən çıxış edərək konsertin təxirə salındığını və başqa tarixdə keçiriləcəyini bildirib.

Yayılan görüntülərdə də konsertdə cəmi 8 nəfərin iştirak etdiyi açıq-aydın görünür. Həmin an lentə alınan video sosial şəbəkələrdə yayılaraq viral olub.

Bununla bağlı açıqlama yayan Bingöl konsertin iyulda daha yaxşı formatda keçiriləcəyini bildirib.