Sevda Yahyayeva istirahətə yollanıb - FOTO

27 İyun 2023 01:41 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva istirahətə yollanıb. SİA xəbər verir ki, hər zaman səyahətə həkim həyat yoldaşı Zakir Bayramovla yollanan Sevda bu dəfə qızını da yanında aparıb.

Türkiyəyə üz tutan cütlük hazırda əsas turizm şəhərlərindən biri olan Antalyada dincəlir. Bu barədə Sevda sosial şəbəkədə paylaşım edib. O, həyat yoldaşı və qızı Ayla ilə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, balaca Ayla ötən ilin dekabrın 19-da dünyaya gəlib.