Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının Doğuşla boşanma ərəfəsində olduğu barədə məlumat vermişdik. SİA xəbər verir ki, belə məlumat Türkiyə mətbuatında yayılmışdı.
Artıq tərəflər də bununla bağlı mesajlar ötürürlər. Belə ki, Doğuş “İnstaqram” səhifəsində Xoşqədəmlə olan bütün şəkillərini silib və onu izləmədən çıxardıb. Hələ ki, Xoşqədəm məsələ ilə bağlı münasibətini açıqlamayıb.