Muğlanın turizm cənnəti olan Bodrumdakı körfəzlər lüks yaxtalara ev sahibliyi edir.
Hər il Türkiyənin turizm mövsümündə incəsənət, idman, siyasət və iş dünyasından çox sayda yerli və xarici turisti qəbul edən Bodrumda körfəzlərdə milyon dollarlıq yaxtalar üzür.
SİA türk saytlarına istinadən xəbər verir ki, turist sıxlığının yaşandığı rayonda mavi kruiz marşrutlarına maraq artıb.
Mavi və yaşılın qovuşduğu körfəzlərdə lövbər salan yaxtalarda istirahət edənlər dənizdə çimərək, günəş vannası qəbul edərək gözəl dincəlirlər.