Zərdabda qızıl mağazasından 14 üzük oğurlanıb

26 İyun 2023 14:16 (UTC+04:00)

Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.