Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

26 İyun 2023 12:18 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib. SİA-ya verilən məlumata görə, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.