Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

26 İyun 2023 11:40 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi mübarək. Azərbaycanlı türk qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələri ilə bundan sonra da tək yumruq, tək ürək olmağa davam edəcəyik!”