ABŞ-da atışma olub - ölən və yaralananlar var

26 İyun 2023 02:07 (UTC+04:00)

ABŞ-in Miçiqan ştatının Saqino şəhərində atışma olub. SİA xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 12-i yaralanıb. İnsindentlə bağlı hələ heç kim saxlanılmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.