“Qarabağ” yeni əcnəbi futbolçu alıb

26 İyun 2023 00:03 (UTC+04:00)

“Qarabağ” FK yeni transferini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan klubu Portuqaliya Premyer Liqasının təmsilçisi, "Grupo Desportivo de Chaves" klubunda çıxış etmiş Vieyra Juninyonu transfer edib.

26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Juninyo “Qarabağ”da 18 nömrəli formada çıxış edəcək.