"Əl-Hilal" "Çelsi"nin futbolçusunu transfer etdi

25 İyun 2023 22:26 (UTC+04:00)

"Əl-Hilal" "Çelsi"nin futbolçusu Kalidu Koulibalinin transferini rəsmiləşdirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Lakin 32 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Əl-Hilal" bu yay transfer pəncərəsində məşhur futbolçulardan Kərim Benzema, Nqolo Kante, Ruben Neveş və Hakim Ziyexi də transfer edib.