"Barselona"nın hədəfləri müəyyənləşdi

25 İyun 2023 21:06 (UTC+04:00)

"Barselona"nın bu yay transfer etmək istədiyi bir neçə oyunçunun adına aydınlıq gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, klub yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. "Barselona" “Vilyarreal”dan Dani Parexo və “Jirona”dan Oriol Romeunun transferi üzərində işləyəcək.

Xatırladaq ki, Romeu 2010-2011-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya klubunun yetirməsidir. 2022/2023 mövsümündə Parexo "Vilyarreal" üçün bütün yarışlarda 50 oyuna çıxıb, 3 qol vurub və 5 qolun ötürməsini verib. Romeu “Jirona”nın heyətində 34 oyun keçirib və 2 qol vurmağı bacarıb.