Bu arada “Vaqner” PMC-nin rəhbərinin adaşı olan rusiyalı teleaparıcı İosif Priqojin İnternetdə onunla “məzələnənlərə” cavab olaraq familiyasını dəyişmək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri prodüser sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, “Vaqner” PMC rəhbərliyinin silahlı üsyan cəhdi ilə keçmiş hadisələrin işığında İosif Priqojin müzakirə mövzusuna çevrilib.
Onu da qeyd edək ki, Lukaşenko ilə barışıq müqaviləsi bağlayıb “qınına çəkilən” “Vaqner”rəhbəri ilə bağlı çoxsaylı memlər interneti bürüməkdədir.
Bütün bunlardan tənqidi “nəticə çıxaran” teleaparıcı İosif Priqojin, arvadı müğənni Valeriyanın familiyasını götürməyə qərar verib.
Beləliklə, o, abunəçilərinə bundan sonra familiyasının Priqojin yox, Perfilov olduğunu bildirir.
Ağasəf Babayev