Əkin sahələrinin becərilməsinə görə verilən subsidiyalar azalıb

25 İyun 2023 19:49 (UTC+04:00)

Respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar təşkil edib. Bu da 2021-ci ilə nisbətən 20,5 min hektar azdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasından bildirilib.

Palatadan verilən məlumata görə, əkin sahələrinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 faiz azalıb. Azalma əsasən 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlıdır.