“Ermənistan etdiklərinə qarşı adekvat cavab alacaq” - POLİTOLOQ DANIŞDI

25 İyun 2023 16:40 (UTC+04:00)

“Ermənistan tərəfinin Azərbaycana qarşı təxribatları yalnız sülh müqaviləsi bağlandıqdan sonra başa çatacaq. Avropa Şurası Parlament Assambleyasında da Ermənistanın təhriki və təklifi ilə Azərbaycana qarşı qətnamə qəbul olundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan həm beynəlxalq diplomatiyada, həm də şərti sərhədlərdə təxribatlar həyata keçirir: “Bu ümumilikdə rəsmi Yerevanın sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını göstərir. Əgər Ermənistan səmimidirsə, Azərbaycana qarşı beynəlxaql müstəvidə siyasət həyata keçirməməlidir. Halbuki Ermənistanla Azərbaycan arasında bu istiqamətdə müəyyən danışıqlar da var. Göründüyü kimi qarşı tərəfin qeyri-konstruktiv mövqeyi hələ də davam edir. Belə davam etdiyi təqdirdə sülh müqaviləsi bağlanmayacaq. Ermənistan isə etdiklərinə qarşı adekvat cavab alacaq”.