İnsanı qohumu məhkəmədə təmsil edə bilər? - HÜQUQŞÜNAS AÇIQLADI

25 İyun 2023 14:35 (UTC+04:00)

"Qohumlar şəxsi ailədə təmsil edə bilər". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas sözlərinə belə davam edib: "Amma bura yaxın qohumlar, yəni, baba-nənə, qardaş-bacı, valideyn, ər-arvad, uşaqlar və nəvələr aiddir. Bu da etibarnamə əsasında mümkündür".

Onun sözlərinə görə, yəni şəxsin yaxın qohumlarından başqa heç kim onu məhkəmədə təmsil edə bilməz: "Onu da qeyd edim ki, yaxın qohumalardan başqa təkcə vəkil şəxsi əvəz edə bilər. Başqa yol mümkün deyil".

Ayşən Vəli