Ukrayna hücuma keçdi

25 İyun 2023 10:26 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün teleqram kanalında məlumat yayıb.

O qeyd edib ki, əsas hücum istiqamətləri Orexovo-Vasilevka, Baxmut, Boqdanovka, Yaqodni, Klişevka, Kurdyumovkadır.

"Bütün istiqamətlərdə irəliləyiş var. Düşmən Kupyansk, Limansk, Marinsk istiqamətində irəliləməyə cəhd etdi, lakin irəliləyə bilmədi”, - deyə o bildirib.