İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişatını izləmək məqsədilə mediatur keçirilir. SİA xəbər verir ki, iyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 1357 imtahan keçirilib.
İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.