72 yaşlı kişini avtomobil vurub

25 İyun 2023 09:24 (UTC+04:00)

Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürüb.

SİA xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Cəfər Quliyev idarə etdiyi "Xəzər" markalı avtomobillə 1951-ci il təvəllüdlü Hümbət Nəsibovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.