Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb - SİYAHI

25 İyun 2023 08:25 (UTC+04:00)

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1.Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2.Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.