Haker qrupu Xameneyini ifşa etdi

25 İyun 2023 07:38 (UTC+04:00)

“Devrilənədək qiyam” haker qrupu İranın ali rəhbəri Ayətullah Əli Xameneyini ifşa edib. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, qrup Ə. Xameneyinin Məşhədin Sərşur küçəsindəki evinin abadlaşdırılması üçün 15 milyard tümən (607 milyon 834 manat) ayrılması tələbini ifşa edib.