Türkiyə ordusu İraqın şimalında iki terrorçunu məhv etdi

25 İyun 2023 02:07 (UTC+04:00)

Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu məhv edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, terrorçular İraqın Metina bölgəsində, "Pəncə-Kilid" əməliyyatı zonasında zərərsizləşdiriblər.

"Türkiyə ordusu terrorçuları məhv etməyə davam etməkdə qərarlıdır", - deyə Nazirlikdən bildirilib.