Sertifikatlaşdırma imtahanlarının son günü

24 İyun 2023 09:59 (UTC+04:00)

İyunun 24-ü sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.

Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.