Rihanna gizlincə evlənib? - FOTOLAR

24 İyun 2023 00:19 (UTC+04:00)

Amerikalı müğənni Rihanna və reper sevgilisi A$AP Rocky-nin (əsl adı Rakim Mayers) gizlincə evləndiyi iddia edilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iddiaların güclənməsinə səbəb Fransanın Kann şəhərində konsert verən reperin səhnədə olarkən Rihannaya həyat yoldaşım deyə müraciət etməsi olub.

"Bu mahnını gözəl həyat yoldaşıma həsr etmək istəyirəm. Onu çox sevirəm", - deyə Rocky Rihannaya səslənib.

Reperin bu açıqlaması ikilinin gizli nikahda ola biləcəyi ilə bağlı şaiyələri artırıb.

Qeyd edək ki, ikinci övladlarının yolunu gözləyən cütlüyün ötən ilin may ayında ilk övladı dünyaya gəlib.