“İlk növbədə qeyd edim ki, universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olmalıdır. Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır. Çünki insanlar universitet təhsili almaq üçün illərlə çalışırlar və ciddi maddi resurs istifadə edirlər. Belə olan təqdirdə universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil. Bu iddia həm də düzgündür, çünki universitetlər özləri də birbaşa və ya dolayı yolla verdikləri təhsilin məzunlara gələcəkdə ixtisaslarına uyğun iş tapması üçün zəruri olduğunu iddia edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, universitetlər özləri də başlıca məqsədlərinin tələbənin ixtisasına uyğun iş tapmaq üçün zəruri bilik vermək olduğunu qəbul edirlər: “Texnikum və peşə məktəblərinin sayı və oradakı təhsilin keyfiyyəti artırılmalı, həmçinin bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Çünki şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir. Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Həmçinin, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil (və vacib də olmamalıdır). Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun və bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir.Hesab edirəm ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür. Lakin universitetlərdə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə, ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənar qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər.
Hazırda əmək bazarında təklif edilən bir çox işlər üçün ali təhsil tələb edilir. Amma həm Azərbaycan universitetlərində tədris edilən ixtisasların, həm də əmək bazarında tələb olan ixtisasların ciddi bir hissəsi üçün ali təhsil şərt deyil və ya şərt olmamalıdır. Çünki həmin ixtisaslar üçün ən yaxşı halda minimal nəzəri bilik tələb edilir. Belə olan halda, həmin ixtisasların texnikum və peşə məktəblərində tədris edilməsi daha çox şəxsin məktəbi bitirdikdən sonra təhsilinə davam etməsinə, beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər. Bu isə, dolayısıyla, işsizliyin azalmasına imkan yaradır. Çünki ixtisassız işçi qüvvəsindən fərqli olaraq, bir çox peşə sahəsində bilikləri olan şəxslər şirkətlərdə iş yeri tapa bilmədikdə peşə fəaliyyətləri ilə bağlı fərdi qaydada öz xidmətlərini təklif edə bilirlər. Digər tərəfdən, əmək bazarında işəgötürənlərin vakansiyalar üçün peşə bilikləri ilə bağlı tələbləri olur və heç bir istiqamətdə ixtisaslaşmayan ixtisassız işçilər vakant yerlər olmasına baxmayaraq həmin sahədə təcrübəsi olmadığı üçün iş imkanlarını əldən vermiş olur.
Texnikum və peşə məktəblərində daha çox insanın təhsil alması və bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşması təbii ki, işəgötürənlərin də yerli-yersiz bütün iş elanlarına ali təhsil tələbi yerləşdirməsini aradan qaldıra bilər. Məsələn, hazırda ölkədə ən prestijli hesab edilən iş yerlərindən biri bank sektorudur. Banklarda ön ofis işçiləri üçün lazım olan əsas bacarıqlar bankların daxili proqram təminatı ilə işləmək və məhsulların şərtləri ilə tanış olmaqdan ibarətdir. Belə olan təqdirdə bu tip ixtisaslar üçün niyə ali təhsil şərti vacib olmalıdır? Məhsulun şərtləri ilə tanış olmaq və müştəri ilə ünsiyyət yaratmaq üçün universitet bitirmək, yaxud da texnikum məzunu olmaq hansısa bir təsir yaratmır. Məsələn, ali təhsil müəssisələrində tədris edilən turizm bələdçiliyi ixtisası da ciddi nəzəri bilik tələb etmədiyindən onu texnikumlara həvalə etmək olar.
Bu baxımdan, ciddi nəzəri bilik tələb edilməyən ixtisaslarda texnikum və ya peşə təhsili alanların da işləyə bilməsi bu təhsil müəssisələrinə olan marağın artmasına səbəb ola bilər. Belə ki, texnikum və peşə məktəblərində həmin ixtisasların tələb etdiyi səviyyədə minimal nəzəri bilik tədris edilə bilər.
İnsanların mütləq əksəriyyəti varlı ailədə doğulmayıb və onlar üçün iş tapmaq həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, texnikum və peşə məktəblərinə marağın artması universitetlərdəki yüksək təhsil haqları səbəbi ilə məktəbdən sonra təhsilini davam etdirə bilməyən və ya onu yarımçıq dayandıran, eləcə də, təhsil haqqını ödəmək üçün ciddi maddi çətinliklər çəkən şəxslərə iqtisadi cəhətdən də sərfəli olardı. Lakin nəzərə almaq lazımdır ki, texnikum və peşə məktəblərinə marağın artması üçün həmin təhsil müəssisələrində təhsilin keyfiyyəti artmalı, infrastruktur və kadrlar inkişaf etdirilməlidir. Bunun üçün isə dövlətin texnikum və peşə məktəblərinə daha çox vəsait ayırması və bu sahədə daha effektli siyasət həyata keçirməsi tələb olunur.
Dövlət bu sahədə hələlik çox az iş görüb. Belə ki, 2022-ci il dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 884 milyon manata bərabərdir. Bütün büdcə xərclərinin 13%-ni məhz təhsil xərcləri təşkil edir. Büdcədən təhsil istiqamətinə ayrılan xərclərin (yəni, 3 milyard 884 milyon manatın) təxminən 70%-ni müxtəlif təhsil pillələri üzrə ayrılan vəsaitlər təşkil edir. Təhsil pillələri arasında ən çox vəsait – təhsilə ayrılan maliyyə vəsaitinin 54%-i orta mətkəblərə (bura 1-ci sinifdən 11-ci sinifədək bütün siniflərdə təhsil alanlar daxildir) ayrılır.
İlk baxışdan orta ixtisas və peşə təhsili müəssisələrinə universitetlərdən daha çox vəsaitin ayrılması gözə dəysə də, nəzərə almaq lazımdır ki, Azərbaycanda universitetlərin əsas maliyyə mənbələri təhsil haqlarından əldə edilən vəsaitdir. Digər tərəfdən, universitetlərdə təhsil haqqı məbləğləri texnikumlar və peşə məktəbləri ilə müqayisədə olduqca yüksəkdir. Universitetlərdə illik təhsil haqqı orta hesabla 2290, texnikumlarda təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır .
Dövlət Statistika Komitəsinin sonuncu açıqladığı rəqəmlərdən aydın olur ki, 2020-2021-ci təhsil ilində dövlət universitetlərində ümumilikdə 177 min tələbə təhsil alıb (Dövlət Statistika Komitəsi 2021a). Onlardan 100 min 806 nəfəri, yəni, bütün tələbələrin 57%-i ödənişli əsaslarla təhsil alanlardan ibarətdir. Universitetlərdə illik təhsil haqqının orta hesabla 2290 manat olduğunu nəzərə alsaq, bu, ali təhsil müəssisələrinin dövlət büdcəsindən dövlət sifarişli yerlərdə təhsil alanlar üçün ayrılan vəsaitdən əlavə, təxminən 250 milyon manata yaxın vəsait cəlb etməsi deməkdir.
Dövlət büdcəsindən texnikum və peşə məktəblərində dövlət sifarişli yerlərin və həmin qurumlara ayrılan maliyyə vəsaitinin artırılması həmin təhsil müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılmasına və resursların artırılmasına imkan yarada bilər. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəddə qeyd edilir ki, hökumətin təhsil sahəsində müəyyən etdiyi strateji hədəflərdən biri cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı texnikum və peşə məktəbi standartları və kurikulumlarının hazırlanmasıdır (Prezident 2013). Həmin sənəddə bildirilir ki, texnikum və peşə məktəblərinin kurikulumları müasir tələblərə cavab vermir. Bu baxımdan, hökumətin də texnikum və peşə məktəblərində problemlərin olduğunu təsdiqlədiyini qeyd edə bilərik.
Azərbaycandakı ali təhsil qiymətləri heç də əhalinin gəlirlərinə adekvat deyil. 2021-ci ilin yekununda ölkədə orta aylıq əməkhaqqı miqdarı 724 manata bərabər olub. Median əməkhaqqının miqdarının isə ötən il 343 manat olduğu açıqlanmışdı. Yəni ölkədə əməkhaqqı ilə çalışanların yarısının (təxminən 850 min insan) maaşı 343 manatdan aşağı səviyyədə idi. Ali təhsil müəssisələrində orta illik təhsil haqqı məbləğinin 2300 manata yaxın olduğunu nəzərə alsaq, bu o deməkdir ki, minimum əməkhaqqı səviyyəsində (300 manat) maaş alan şəxs övladını oxutmaq üçün bütün il ərzində qazandığı gəlirin 65%-ni universitetə ödəməlidir.
Ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması, texnikum və peşə məktəblərində təhsil keyfiyyətinin aşağı olması, eləcə də, texnikum və peşə təhsilinin əmək bazarında iş tapmaq imkanlarını elə ə artırmaması bir çox şagirdlərin orta məktəbi bitirdikdən sonra, ümumiyyətlə, heç bir pillədə təhsilini davam etdirməməsinə səbəb olur. Bu isə nəticədə əmək bazarının ixtisaslı işçi qüvvəsindən məhrum olmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin 2021-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərindən də aydın olur ki, Azərbaycanda iqtisadi fəal əhalinin üçdə ikisi sadəcə orta məktəb təhsilinə malikdir (Dövlət Statistika Komitəsi 2021b). Təhsilin inkişafı üzrə dövlət strategiyası adlı sənəddə də qeyd edilirdi ki, Azərbaycanda, xüsusilə özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb (Prezident 2013).

Azərbaycanda həm təhsil sistemində, həm də əmək bazarında çatışmazlıqlara səbəb olan yuxarıda sadaladığımız problemlərin həlli üçün ilk növbədə ali təhsil müəssisələrində tədris edilən ixtisasların, ən azından dövlət sifarişi ilə ayrılan yerlər bazarın və dövlət sektorunun tələblərinə uyğunlaşdırılmalıdır.
Azərbaycanda hər il yüzlərlə tarixçi, diplomat, politoloq və bu kimi ixtisaslar üzrə təhsil alan şəxslərin yetişdirilməsi üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmasına ehtiyac yoxdur. Həmin vəsait əmək bazarında daha çox tələb olunan və ölkədə kadr çatışmazlığı yaranan mühəndislik, tibb, hüquq kimi istiqamətlərə yönəldilməlidir. Məsələn, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir: bu göstərici Azərbaycanda 15,7 olduğu halda Avropa üzrə orta rəqəm 164-dür. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Ermənistanda 72,2, Gürcüstanda isə 123-dür (CEPEJ 2020, 70-71).[7] Azərbaycan Vəkillər Kollegiyasının açıqladığı son rəqəmlərə görə, ölkədə 2132 kollegiya üzvü vəkil var (onlardan 1679-u Bakı şəhərində 453-ü isə regionlardan fəaliyyət göstərir), beləliklə, ölkə üzrə hər yüz min nəfərə düşən vəkil sayı təxmini 21.3-dür. Lakin Bakıdan kənarda yaşayan təxmini 7 milyon insan üçün cəmi 453 vəkil var, deməli, regionlarda yaşayan əhali üçün hər yüz min nəfərə cəmi 6.4 vəkil düşür (Vəkillər Kollegiyası 2022). Yəni 2018-ci ildən bəri, son üç ildə vəkillərin sayında bir qədər artım müşahidə edilsə də, Azərbaycan Avropa ölkələri arasında hələ də sonuncu yerdədir.
Yuxarıda sadaladığımız ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayının azaldılması tək tələbin olmaması və resurs israfı ilə deyil, həm də, Azərbaycan universitetlərinin həmin ixtisaslarda o qədər çox kadr yetişdirmək potensialının olmaması ilə də izah oluna bilər. Ölkədə hazırda universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır və o qədər çox kadra yetəcək qədər keyfiyyətli professor-müəllim heyəti yoxdur. Həmin ixtisaslarda təhsil alanların sayının azaldılması universitetlərin öz məhdud resurslarını az tələbəyə ayırmasına və nəticədə isə onların nisbətən daha keyfiyyətli təhsil almalarına şərait yarada bilər. Universitetlərlə bağlı atılmalı olan daha bir addım nəzəri biliyin ən yaxşı halda minimal tələb edildiyi ixtisasların texnikumlara ötürülməsi olmalıdır. Məsələn, kitabxanaçılıq ixtisasını universitetdən texnikuma köçürtmək olar. Belə olan təqdirdə, bu ixtisas həm daha çox insan üçün, xüsusən də maddi səbəblərə görə daha əlçatan olacaq, həm də universitet öz resurslarını ciddi nəzəri bilik tələb edən ixtisaslara yönəldə biləcək.
Universitetlərdəki dəyişikliklərlə yanaşı problemin həlli həm də texnikum və peşə məktəblərinə marağın artırılmasından asılıdır. Bunun üçün tələb olunan addımlar büdcədən təhsilin bu pillələrinə daha çox vəsait ayrılması, dolayısıyla, texnikum və peşə məktəblərində kadr potensialının, infrastrukturun inkişaf etdirilməsidir. Həmin təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması daha çox şəxsin texnikum və peşə məktəblərinə yönəlməsinə şərait yarada bilər. Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da, bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər. Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Eyni zamanda, texnikum və peşə məktəblərinin məzunları ilə orta məktəb məzunlarının hərbi xidmət müddəti arasında heç bir fərq qoyulmur. Halbuki, universitet məzunları digərlərinə nəzərən altı ay daha az, 12 ay müddətinə hərbi xidmət keçirlər. Bu baxımdan, texnikum və peşə məktəblərinə daxil olan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi və hərbi xidmət müddətinin azaldılması təmin edilməlidir”.