Yupiterdəki yaşıl kürə nədir?

22 İyun 2023 18:06 (UTC+04:00)

ABŞ Aeronavtika və Kosmik Agentliyi - NASA Yupiterin orbitini araşdırmaq missiyası daşıyan “Juno” kosmik gəmisi qaz nəhənginin şimal qütbünün yaxınlığında parlaq yaşıl fotosunu çəkib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

BGR-nin xəbərinə görə, NASA vasitənin "JunoCam" kamerasından çəkilən fotonun Yupiterin təlatümlü atmosferində fırtınalar nəticəsində əmələ gələn ildırım olduğunu açıqlayıb.

Fotoda Yupiterin səthini örtən buludlarda yaşıl şimşəklərlə parlaq kürə olduğu bildirilib.

NASA qeyd edib ki, Yer kürəsində ildırım ekvatorun üstündəki buludlardakı sudan, Yupiterdəki şimşək isə buludların tərkibində olan ammonyak və su qarışığından ibarətdir və belə formasiyalara planetin qütbləri yaxınlığında tez-tez rast gəlinir.

Yaşıl kürənin fotosu “Juno”nun orbital uçuşu zamanı Yupiter buludlarından 19.900 mil (təxminən 32 min kilometr) yüksəklikdə çəkilib.