Erməni həyasızlığı özünün pik nöqtəsindədir. 44 günlük müharibədə aldığı dərs bu gerizəkalılara hələ də dərs olmayıb. 1988-ci il münaqişəsi nə üçün baş verdi? Bunun səbəbinin ermənilərin Qarabağa iddiası olduğunu hər kəs bilir. Azərbaycan xalqının arxayınlığından istifadə edib kəndlərə, şəhərlərə, insanlara xaincəsinə hücum edən də ermənilər idi. Onların quldur dəstələri azərbaycanlıları zor gücünə evlərindən çıxarır, dirəniş göstərənləri döyür, öldürür, əsir və girova çevirirdi. Bəli, bu cinayətlərdə imzası olan ermənilər idi. 30 il davam edən işğal dövründə bizə qarşı hansı həqarətləri etmədilər, aşağılamağa çalışdılar, bu da yetməzmiş kimi bizim sülhə qarşı olduğumuzu xristian qardaşlarının yanında daha ucadan bağırdılar. Azərbaycana hücum, torpaqlarını işğal edən, yağmalayan, dağıdan, vəhşiliklər törədən, daşı-daş üstə qoymayan, 30 minə yaxın soydaşımızı qətlə yetirən, yaralayan, sağlamlığına zərər yetirən, qız-gəlinlərimizə təcavüz edən barbar ermənilər utanmadan, qızarmadan bizdən sülhə qarşı olmamağımızı istədilər. Torpağı gedən, insanları pərən-pərən düşən, ərazisində dağıdıcı müharibə gedən biz olduğumuz halda erməni baş nazir öz ərazilərimizdə etdiklərimizi “qanunsuzluq” adlandırır: “Qarabağdakı ermənilərin humanitar vəziyyəti pisləşməkdə davam edir. Buna səbəb Laçın dəhlizinin qanunsuz blokadasıdır”.
“Bundan artıq həyasızlıq ola bilərmi” sualını vermək istərdim, amma görürəm ki, “həyasızlıq” ifadəsi burada bir az yumşaq səslənir. Daha betərini bu ikiayaqı üçün demək olar. Bəs sual olunur, Ermənistanın baş nazirini danışdıran nədir, yaxud kimdir? Əlbəttə, beynəlxalq qanunlarda boşluqlar, ikiüzlülük, ikili standartlar və nəhayət qanunlara tüpürmək. Belə olmasaydı Ermənistanın təcavüzün elə ilk dəqiqələrində cəzası kəsilərdi. İraq Küveytə hücun etdi, nəfəsini kəsdilər, prezidentini asdılar, Liviya doğrunu dedi, əvəzində “terrorçuları himayə edir” bəhanəsi ilə hücuma məruz qaldı, ölkə viranəyə çevrildi, lideri Qəddafi ling edildi, küçənin ortasında “xalq” tərəfindən öldürüldü, Rusiya Ukraynaya hələ də səbəbi müəmma olaraq qalan hücum etdi, əvəzində bütöv Qərb və digər müttəfiqlər ona qarşı birləşdi, Ermənistan Azərbaycan ərazilərini işğal etdi, başımıza olmayan müsibətlər gətirdi, amma ona qarşı heç bir tədbir görülmədi. Əvəzində bizi haqsız duruma düşürmək istədilər.
Bu gün Azərbaycan suveren ərazilərində konstitusion haqlarını bərpa etməklə məşğuldur. Dünyanın bütün ölkələri kimi haqqını qoruyur, ərazilərində qanunsuzluqlar törədənləri sınır dışı etmək, buradan iti qovan kimi qovmaq istəyir, separatçılığın kökünü kəsməkdə israrlı görünür, qonşuları ilə sülh şəraitində yaşamaq arzusunu hər addımda hiss etdirir, amma buna başqa don geydirirlər. Haaqa Cinayət məhkəməsi “Laçın koridoru”nun açılması tələbini qoyur. Hansı “koridor”, nə vaxtdan bizim ərazilərimizdə kimin nə etdiyini Haaqa müəyyən edir? “Koridor”u kim inşa edib, kimin üçün, separatçılar üçünmü? Beynəlxalq Məhkəmə nə vaxtdan terrorçuların, bölücülərin, konstituasion quruluşlara qarşı olanların himayədarı rolunda çıxış etməyə başlayıb?
Qarabağdakı ermənilərə gəlincə, kim əminliklə deyə bilər ki, onlar dinc əhalidir. Dövlət xaini olmaq, separatçılıq etmək üçün qadın, ya kişi, yaxud erməni, ya da azərbaycanlı olmağın heç bir əhəmiyyəti yoxdur. Xəyanətkar elə xəyanətkardır. Qarabağdakılar ya yaşadıqları dövlətə biət edəcəklər, ya da porunu-posunu götürüb buralardan rədd olacaqlar.
Fransada, Rusiyada, ABŞ-da və digər ölkələrdən hərdən-bir civiltilər gəlir, Azərbaycandan tələb edilir ki, Qarabağda yaşayan ermənilərə dövlət qurmaq imkanı verin, azından xüsusi statusu əsirgəməyin. Qarabağda cəmi 25-30 min erməni yaşayır, amma ABŞ-ın bir təkcə Kaliforniya ştatında bundan 60 dəfə çox, Rusiyanın təkcə Krasnodar vilayəfində bundan 50 dəfədən çox, Fransanın paytaxtı Parisin təkcə İl-dö-Frans rayonunda isə bundan 10 dəfədən çox erməni yaşayır. Ermənilərə çətir açan ağalar, bəs niyə özünüz çox sevdiyiniz ermənilərə pay vermirsiniz? Onsuz da soyunuz tükənir, kənd və şəhərləriniz boşalır. Bu yazıq, binəva erməniləri niyə boşalan yerlərə köçürmürsünüz? Sizin də vicdanınız rahatlıq tapar, ermənilərin qaraçı köçü dayanar.
Birindən pay qoparıb o birinə vermək üçün gərək əvvəlcə özün səxavətli olasan. Qanuni haqqa qanunsuzluq damğası vurmaq daha keçərli deyil. Ermənistanın qanunsuzluğuna qanun donu geydirmək cəhdi isə ədalətsizliyin ta kəndisidir.
V.VƏLİYEV