Qadın həbsxanasında toqquşma nəticəsində 41 nəfər ölüb

21 İyun 2023 18:36 (UTC+04:00)

Hondurasın paytaxtı Tequsiqalpa yaxınlığındakı Tamara şəhərində yerləşən Centro Femenino de Adaptacin Social (CEFAS) qadın həbsxanasında toqquşma baş verib.

Hondurasın təhlükəsizlik naziri Yulissa Villanueva verdiyi açıqlamada toqquşma nəticəsində 41 nəfərin həyatını itirdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, həbsxanada baş verən toqquşmadan sonra fövqəladə vəziyyət elan edilib, xəsarət alan bəzi məhbuslar təxliyə edilib.

Məlumata görə, toqquşma zamanı həbsxanada yanğın baş verib.
Honduras mətbuat orqanlarının yaydığı məlumatda həyatını itirən məhbusların yandığı və hücum edənlərin isə 18 dəstə üzvü olduğu iddia edilib.
Məhbusların yaxınları hadisədən sonra həbsxanaya axışıb. Səlahiyyətlilər həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı işlərin davam etdiyini bildirib.