Almaniyada papanın xaçı oğurlanıb

21 İyun 2023 17:22 (UTC+04:00)

2022-ci ildə Almaniyada vəfat edən Papa XVI Benediktdən miras qalan xaç oğurlanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Münhen şəhəri yaxınlığındakı Traunşteyn rayonundakı Osvald qəsəbəsində kilsəyə girən oğrular şkafda saxlanan xaçı oğurlayıblar.

Oğurlanan tarixi əşya ötən il vəfat edən Papa XVI Benediktin döş xaçı idi.

XVI Benedikt papalığa başlayandan sonra kilsəyə istifadə etdiyi xaçı vəsiyyət etmişdi.

Polis hadisə ilə bağlı şahidlərlə əlaqə saxlamağa çalışır.

Oğrular kilsədən də pul oğurlayıblar.