Sucayət Qasımov: “İnsan sözü ona görə böyük həriflə yazılır ki, özünün əlində olan imkanları başqa insanlara böyük həvəslə, sevinclə çatdırır və bölüşür”
Mənim Sucayət Qasımovla tanışlığımın on yeddi ildən çox tarixçəsi var. Bütün bu illərdə mən onu çox bacarıqlı sahibkar, yüksək təfəkkürlü ziyalı və ən əsası isə Masallı üçün əlindən gələni edən bir xeyirxah insan kmi tanımışam.
Bütün bu illərdə təkcə doğulduqları Masallının Ərkivan qəsəbəsi üçün yox, elə Masallı rayonu üçün Məşkür, Qasıməli və Sucayət Qasımov qardaşları çox böyük işlər görüblər. İnsanlar da onların bu xeyirxah əməlinə görə həmişə bu qardaşlardan razılıq edirlər.
Məşkur və Qasıməli Qasımov qardaşları uzun illərdir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırlar. Onlar öz bacarıqlarına, ağıllarına, təşkilatçılığına görə Rusiyada yaşayan azərbaycanlılar və eləcə də başqa millətlər arsında çox böyük hörmət qazanıblar. Onlar Rusiyadakı Azərbaycan Konqresində, Diaspor təşkilatlarında da çox böyük işlər görürlər. Tale mənə qismət eləyib ki, 2006-cı ildə dövlət səviyyəsində çap olunan “Dünya Azərbaycanlıları” kitabında mən bu iki qardaş haqqında çox maraqla qarşılanan oçerklər yazmışam. Elə həmin illərdən də onların gördüyü böyük işləri izləyirəm. Və bu eloğullarımızın təkcə Rusiyada yox, çoxlu xarici ölklərdə gördüyü böyük işlərdən fəxarət duyuram. Onlar qanı və canı ilə Azərbaycana çox bağlı insanlardır və 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana bütün sahələrdə daha çox köməkliklər ediblər. Bu qələbəmizdən də çox seviniblər. Eləcə də Rusiyada və xarici ölklərdə yaşayan azərbaycanlıların da döğma yurdumuza köməklik etməsində böyük rol oynayırlar.
Sucayət Qasımovla da elə tanışlığımız həmin illərdən başlayır. Onun da çox bacarıqlı insan olduğunu həmin vaxtlardan görmüşəm. Ərkivan qəsəbəsinin abadlaşdırılmasında, məktəb binalarının təmirində, idman zallarının yenidən qurulmasında hər üç qardaş əlindən gələni ediblər və edirlər. Onlar hər üçü yüksək dərəcəli idman ustalarıdır. İdmanın güləş növünə lap uşaq yaşlarından böyük maraq göstəriblər...
Taleyin qismətidir ki, mən bu yaxınlarda Masallıdakı Qala İstirahət Mərkəzində olanda yenidən Sucayət müəllimlə görüşdüm və bu görüşdən hər ikimiz çox şad, məmnun olduq. Burada görülən işlərlə bağlı ona çoxlu suallar verdim. Yəqin ki, bu sualların cavabları oxucular üçün də maraqlı olacaq.
- Salam Sucayət müəllim. Bu gün biz sizinlə 2009-cü ildən ərsəyə gətirdiyiniz çox yaraşıqlı və Avropa standartlarına uyğun olan inşa etdiyiniz Qala İstirahət Mərkəzindəyik. Mən qətiyyətlə deyə bilərm ki, bu istirahət mərkəzi Azərbaycanda ən yaraşıqlı və gözəl istirahət mərkəzlərindən biridir. Bütün bu illərdə burada istirahət edən insanlar da sizdən həmişə razılıq ediblər. Mən də burada olduğum bu middətdə razılıq dolu bu maraqlı söhbətlərin şahidi oluram. Necə oldu ki, siz bu istirahət mərkəzini yaratdınız və niyə bura Qala adını verdiniz?
- Biz ilk dəfə bura gələndə, buranın füsünkar təbiəti bizi valeh elədi. Bura, Masallı bizim öz doğma yerimiz, yurdumuzdur. Lap uşaq yaşlarımızdan Masallının təbiətinə, gözəlliyinə vurğunuq. Bax, bu gözəl məkanı da görəndə fikirləşdik ki, burada çox yaraşıqlı bir istirahət mərkəzi tikə bilərik. Biz uzun illərdir ki, sahibkarlıqla və Qala istehsalat, tikinti müəssisəsilə məşğul oluruq. Bu müəssisəsədə də tikinti üçün lazım olan kərpic kəsib, camaatımıza satırıq. Bu yeri görəndə də fikirləşdik ki, turizmlə bağlı bir istirahət mərkəzi yaradaq və dünyanın hər yerindən insanlar gəlib, bu gözəlliklə tanış olsunlar. Əlbəttə, ilk gündən başa düşdük ki, burada işlər görmək elə də asan olmayacaq. Çünki dağın üstüdür. İlk öncə bura Masallı-Yardımlı yolundan sıldırım qayaların üstündən təxminən bir kilometr yol çəkmək lazım idi. Sonra dərəli-təpəli yerləri hamarladıq. İşıq, su çəkmək üçün də böyük işlər görmək və maliyyə xərcləri qoymaq lazım idi. Beləliklə, çox böyük inamla, qətiyyətlə quruculuq işlərinə başladıq. Üç il müddətində burada sərasər işlər gördük. Yaşayış binaları tikdik. Asvalt yollar çəkdik. Su, işıq məsələsini və bütün kommunal işləri həll elədik. 2012-ci ildə biz bu istirahət mərkəzini istifadəyə verdik. Və adını da Qala İstirahət Mərkəzi qoyduq.
- Maraqlıdır. Niyə məhz Qala?
- Biz əslən Masallı rayonunun Ərkivan qəsəbəsindənik. Ərkivanın da ilk qədim adlarından biri Qala olub. Ərkivan Cənub bölgəsində ən qədim yaşayış mərkəzlərindən biridir. Bu yeri düşmənlərdən qorumaq üçün ətrafına daşdan böyük hasarlar çəkilib və adına da Qala deyiblər. Bu qəsəbənin əhalisi uzun illər də duluzçuluqla, misgərliklə maşğul olublar. Bax, burada gördüyünüz hasarlar və buradakı saxsı məişət qabları, nehrələr, misgərliklə bağlı alətlər də məhz Qala məkanının simvolikasıdır. Atributlarıdır.
Burada on iki kattej var. Hər birində də çox yaxşı, Avropa standartlarına uyğun şərait yaratmışıq. Bu kattejlərin hər birində dörd nəfər turist qala bilər. Bu binalardan əlavə burada uşaq əyləncə mərkəzləri, stadion, valeybol, futbol, baskedbol meydançaları da var. Bu Qala İstirahət Mərkəzində bilyard, tennis qurulub.Və böyük şadlıq məclisləri keçirmək istəyənlər üçün geniş restoran-bar var. Həyətdə istirahət, çay içmək, söhbət etmək üçün ayrıca yaraşıqlı tikililər də var.
- Mən bütün bunları görmüşəm. Ən çox da xoşuma gələn hər bir tikilinin klassik üslubda olmasıdır. Hətta restoran-bar da çox qədim üslubda tikilib. İstirahət etmək və söhbət etmək üçün tikilən yerlər o qədər gözəldir ki, adamı elə bil ki, məcbur eləyir burada oturub insanlarla söhbət eləyəsən. Hər axşam da yeməkdən sonra burada Qala İstirahət Mərkəzinin işçiləri tərəfindən böyük həvəslə çay süfrələri təşkil olunur və istirahətə gələn adamlar da böyük həvəslə bura toplaşıb, bir-birilə tanş olur və maraqlı söhbətlər edirlər. Restoran-barda da görürəm ki, təkcə burada istirahət edənlər yox, kənar yerlərdən də insanlar gəlib ad günləri, maraqlı tədbirlər keçirirlər.
- Bəli. Buranın adı Qala olduğuna görə burada gördüyünüz bütün tikililərdə qədim əl işlərindən çox istifadə olunması da bura böyük gözəllik verir. Biz də təbiətin özünün bizə bəxş elədiyi dəmir, nil, palıd və başqa ağaclarından istifadə etməklə bütün bu gözəlləikləri yaratmışıq. Misgərlik, duluzçuluq alətlərinin də burada toplanması, yol kənarına bəzəkli, memarlıq üsullu hasar çəkilməsi Qala İstirahət Mərkəzinə böyük bir gözəllik, qədimilik verir. Həm də bunlar Ərkivanın qədim tarixini göstərir. Burada qədim memarlıq, rəssamlıq işləri həddindən artıq çoxdur. Qala İstirahət Mərkəzində işləyən adamların da müştərilərə, istirahətə gələnlərə necə böyük həvəslə qulluq etdiyini də görürsünüz.
- Bəli, görürük. Başda bu işlərə rəhbərlik edən Rumi Hüseynov olmaqla, hamı əlindən gələni edir ki, bura istirahətə gələnlər onlardan razı qalsın. Deyirsiniz ki, bu Qala İstirahət Mərkəzi 2012-ci ildən fəaliyyət göstərir?
- Bəli. Artıq on bir ildir ki, fəaliyyət göstəririk. Yaz və yay aylarında bura turist axını daha çoxdur. Bundan əlavə burada qış mövsümü üçün də lazım olan bütün şərait yaratmışıq. Ona görə də insanlar payız və qış aylarında da bura çox gəlirlər. Çünki burada payız və qışın öz gözəllikləri var. İnsan beyini sözün həqiqi mənasında burada rahat dincəlir. Təbiət də həmişə yaşıldır.
- Çox sevindrici haldır ki, siz Respublika Həmkarlar Təşkilatları ilə müştərək işləyirsiniz. Yənu bu, Qala İstarahət Mərkəzinə insalar Həmkarlar xəttinin göndərişlə gəlirlər. Bu, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, başda Millət vəkili, cənab Səttar Mehbalıyev olmaqla çox təqdirəlayiq işidir. Buna görə onlara bir ziyalı kimi təşəkkür edirəm. Xalqımızın istirahəti üçün həmişə əllərindən gələni edirlər. Bu iş sizə də sərfəlidirmi?
- Əlbəttə, sərfəlidir. Biz bu işi elə on bir ildir ki, qurmuşuq. Biz də onlardan, onlar da bizdən çox razıdırlar. Bura gələn insanlar da buzdən razılıq edirlər. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da bizim bu nümunəvi işimizə, insanların bizdən həmişə razılıq etməsinə görə, bizə dəfələrlə Fəxri Fərmanlar da veriblər.
- Fikiriniz varmı ki, bu işləri daha da genişləndirəsiniz? Yəni on iki kattej yox, iyirmi dörd kattej olsun. Daha çox insanlar bura gəlib, Masallının füsünkar yerlərini görsünlər. Axı bura dünyanın ən gözəl yerlərindən heç də geri qalmır. Niyə insanlarımız çoxlu pul xərcələməklə hansısa xarici ölkəyə getməlidir, amma çox cüzi pulla gəlib burada istirahət eləməsinlər? Həm də burada, sizin yaxınlığınızda Mir Kazım Aslanlı adına “Yaran Dağ” Müalicəvi İstirahət Mərkəzi də var. İnsanlar burada, sizdə istirahət etməklə ora gedib, ayrı-ayrı yel, prostat, ostioxandroz, oynaq ağrıları və başqa xəstəliklərdən tam müalicə oluna bilərlər. Bu xəstəliklərdən müalicə olunmaq üçün də böyük məbləğdə pul xərcləyib xarici ölklərə getməzlər.
- Bəli. Fikrimiz var ki, buranı daha da genişləndirək. Həm də bura gələn turistlərlə də sorğular keçiririk. Onların istəklərilə tanış oluruq. Siz düz deyirsiniz ki, bura gələn insanlar həm də bizim İstirahət Mərkəzindən cəmi bir kilometr aralıda olan Mir Kazım Aslanlı adına “Yanar Dağ” Müalicəvi İstirahət Mərkəzinə də gedib, orada müalicə alırlar və çox razı qalırlar. Biz həm də burada həm böyüklər və həm də uşaqlar üçün hovuz tikmək istəyirik. Üstü örtülü məşq zalı tikməyi də planlaşdırmışıq. Ən əsası da kattejlərin sayını artırmaq istəyirk. Çünki günü-gündən buna insanların təlabatı artır.
- Mənim və bura istirahətə gələnlərin ən çox xoşuna gələn xeyirxah işlərdən biri də budur ki, buradan insanları Yradımlı şəlaləsinə, “Yanar Dağ” Müalicəvi İntirahət Mərkəzinə, Masallı Tarix və Diyarşünaslıq Museyinə və Masallının çoxlu görməli, gəzməli yerlərinə və eləcə də Astaraya, Lənkərana maşınla aparırsınız.
- Bəli. Bu da bizim qarşımızda olan ali məqsədlərdən biridir ki, bura gələnlər Azərbaycanın Cənub bölgəsinin ən yaraşıqlı, füsünkar yerlərini görsünlər. Bu gözəlliklər təkcə xaricdən gələn qonaqların yox, həm də həmvətənlərimizin ürəyincə olur və bizə çox təşəkkür edirlər. Axı onların özləri başqa vaxt tapıb bura gələ bilmirlər. Amma buarada istirahət edəndə həmin yerlərə getməyə imkanları olur. Biz də xidməti maşınlarımızla onları həmin məkanlara aparırıq. Onlar da bizdən çox razılıq edirlər. Ümumiyyətlə, mən sizə bir maraqlı fikiri deyim. İnsan sözü ona görə böyük həriflə yazılır ki, özünün əlində olan imkanları başqa insanlara böyük həvəslə, sevinclə çatdırır və bölüşür.
- Bütün bu xeyirxah işlərinizə və Massalı kimi cənnətməkan yerin gözəllikləri ilə insanları tanış etdiyinizə görə sizə qəzetimizin çoxminli oxucuları adından təşəkkür edirik. Hər bir insan yaşadığı yerin gözəlliklərini başqalarına çatdırmağı bacarsa, onda insanlarımızda Vətən sevgizi daha güclü və çox olar. Vətəni isə sevmək imandandır. Mən inanıram ki, bir dəfə bura, Qala İstirahət Mərkəzinə gələn insan ikinci dəfə də böyük həvəslə, istəklə gələcək. Təkcə özü gəlməyəyəck, həm də ən yaxın tanışlarına, qohumlarına və dostlarına da bu yerə gələməyi məsləhət biləcək. Mən onu da səmimiyyətlə vurğulayım ki, Masallıda olan bütün istirahət mərkəzlərinin tacı məhz, Qala İstirahət Mərkəzidir.
- Bizə belə yüksək qiymət veridyinizə görə çox sağ olun. Biz də öz işimizlə, əməlimizlə çalışacağıq ki, bu adı həmişə doğruldaq. Axı bu yer bizim ulularımızın adını daşıyır. Hər bir insanın da ulularına sevgisi varsa, çalışır ki, bütün əməlllərilə onların başını uca eləsin. Onlara rəhmət qazandırsın ki, ruhları şad olsun. Böyük Məhəmməd Peyğımbərimizin belə bir maralı kəlamı var: “İnsan əməlinin dəyəri onun nəticəsi ilə ölçülür”. Ona görə də hər bir insan gördüyü hər işi yalnız və yalnız xeyirxah məqsədlər üçün etməlidir.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi