Tünzalə Ağayeva bir daha izləyicilərini təəccübləndirib - FOTO/VİDEO

21 İyun 2023 06:12 (UTC+04:00)

Xalq artisti Tünzalə Ağayeva öz görüntüsü ilə bir daha izləyicilərini təəccübləndirib. SİA xəbər verir ki, sənətçi ağ uzun saçlarda və bel dekolteli qara libasda kamera qarşısına keçib. O, yeni fotosesssiyasını ilk albomuna daxil olan "Həyat düzələn deyil" adlı mahnısının sədaları altında izləyiciləri ilə bölüşüb. Onun isntaqramda paylaşdığı bu kadrlar maraqla qarşılanıb.

Həmçinin 46 yaşlı ulduzun üzündəki dəyişikliklər də diqqətdən qaçmayıb. Məlum olub ki, müğənni yanaq hissəsindəki sallanmaların qarşısına almaq üçün "Baby Boo" adlı kosmetoloji prosedur etdirib. Bu barədə onun kosmetoloqu məlumat paylaşıb.