Dünyaca məşhur aktyor Leonardo Di Kaprio model sevgilisi Neelam Gill-i ailəvi istirahətə aparıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı film ulduzu həftəsonunu İtaliyanın Amalfi şəhərində yaxtada keçirib. Aktyoru valideynləri - atası Corc və ögey anası Peggy Ann Farrar, həmçinin 28 yaşlı model Neelam Gill müşayiət edib.
İyunun əvvəlində DiKaprio Neelam Gill-i anası İrmelinlə tanış edib. Paparatsiyalar onları Londondakı “Chiltern Firehouse” restoranında şam yeməyi zamanı lentə alıb.