Yoluxanların sayı AÇIQLANDI

18 İyun 2023 17:31 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə alaraq sağalıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Həmçinin, son sutkada COVID-19-dan vəfat edən olmayıb.