Müğənni ilk solo konsertini Ulu Öndərin 100 illiyinə həsr edib

18 İyun 2023 10:19 (UTC+04:00)

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək. SİA xəbər verir ki, “Dahi” adlı konsert proqramı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Gecədə müğənnini Tural Məmmədlinin bədii rəhbərliyi ilə "EtnoClass” orkestri müşayiət edəcək.

Konsert proqramına Vüsal Hacıyevin musiqisevərlərin rəğbətini qazanmış hitləri ilə yanaşı, yeni nəğmələr də daxil edilib.