Yaponiya qanunvericilik səviyyəsində cinsi razılıq yaşını rəsmi olaraq 13-dən 16-ya qaldırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkə hakimiyyəti seksual cinayətlərlə bağlı aparılan islahatlardan sonra belə bir qərar qəbul edib. 16 yaşına çatmamış yeniyetmələrlə cinsi əlaqə bundan sonra zorlama sayılacaq. Gəncləri şirnikləndirməyə və ya korrupsionerləşdirməyə cəhd edən vətəndaşlar isə bir ilədək həbs və ya 500 min yen cərimə ilə cəzalandırılacaq.
...İstisna, insanların yeniyetmə ilə yaxınlıq üçün cinayət təqibinə məruz qalmadığı hallar ola bilər. Bu, yetkinlik yaşına çatmayanların yaşı 13-dən aşağı olmadıqda və aralarındakı fərq beş ildən çox olmadıqda əlaqəyə aiddir.
Xatırladaq ki, Yaponiyada 2019-cu ildə uşaq zorlamaları ilə bağlı çoxlu sayda bəraət hökmünün çıxarılması fonunda etiraz dalğası yaşanmışdı.
Ağasəf Babayev