6-cı siniflərə qəbul imtahanları keçirilib

17 İyun 2023 13:57 (UTC+04:00)

Bu gün bir sıra lisey və gimnaziyaların 6-cı siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz üzrə ümumilikdə 33 mərkəzdə təşkil edilib.

Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.azplatformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.