Hüseyndən Bakıdakı izləyicilərinə gözlənilməz sürpriz

17 İyun 2023 11:40 (UTC+04:00)

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov) Bakıya gəlib. SİA xəbər verir ki, ötən gün bu barədə paylaşım edən sosial media ulduzu izləyicilərinə sürpriz hazırlayıb.

O bildirib ki, 24 iyunadək Bakıdadır və o tarixədək kimsə onu toyuna dəvət etsə, qatılacaq. Bunun üçün köməkçisinin instaqram səhifəsini paylaşan Hüseyn dəvətnamələrin ona göndərilməsini istəyib.