Jurnalistlər Ukrayna ilə müharibədə 25 528 rus hərbçisinin öldüyünü təsdiqləməyə nail olublar. Onların arasında 2498 nəfər səfərbərdir.
SİA-nın əldə etdiyi məlumata görə, müharibə başlayandan bəri araşdırmalar “Mediazona”, BBC Rus Xidməti və könüllülər qrupu tərəfindən aparılır.
Jurnalistlərin fikrincə, məhbuslar müəyyən edilmiş itkilərin ən əhəmiyyətli kateqoriyası olaraq qalır. Ölənlərin əksəriyyəti Krasnodar diyarı, Sverdlovsk, Çelyabinsk, Başqırdıstan, Buryatiya və Volqoqrad vilayətindəndirlər.
Təsdiqlənmiş itkilər arasında Rusiya ordusunun və digər hüquq-mühafizə orqanlarının 2150-dən çox zabiti də var. Onlardan 251 nəfəri polkovnik-leytenant və ondan yuxarı rütbədədir. 161 hərbi pilotun öldüyü də təsdiqini tapıb
Tədqiqatçıların fikrincə, Baxmuta qış hücumu zamanı rus qoşunları hücumun bir neçə istiqamətdə getdiyi müharibənin ilk həftələrindən daha çox insan itirə bilərdi.
Qeyd edək ki, “Mediazona” və BBC-nin monitorinqinə yalnız açıq mənbələr - sənədlər, qohumların mesajları, məzarlarla bağlı məlumatlar əsasında ölümü müəyyən edilən şəxslər düşür. Təkrar kimi səslındiririk: həqiqi itkilərin sayı bir neçə dəfə çox ola bilər.
Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi şəxsi itkilərlə bağlı məlumatları nə açıqlayır, nə də jurnalistlərin verdiyi rəqəmləri şərh edir.
Yeri gəlmişkən, Birləşmiş Ştatlar yanvar ayında Rusiyanın Ukraynadakı itkilərini 270-300 min ölü və yaralı kimi qiymətləndirmişdi.
Ağasəf Babayev