“AnadoluJet”lə İzmir-Bakı, Bakı-İzmir uçuşları başladı

16 İyun 2023 18:18 (UTC+04:00)

Türkiyə Hava Yollarının (THY) brendi olan “AnadoluJet” Türkiyənin İzmir şəhərindən Azərbaycanın paytaxtı Bakıya uçuş həyata keçirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

THY Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həftədə 3 gün qarşılıqlı uçuşlar başlayıb.

THY baş direktorunun ticarət işləri üzrə müavini Kərəm Sarp Azərbaycanla əlaqələri daha da möhkəmləndirməkdən məmnunluğunu ifadə edərək deyib: “Bir millət, iki dövlət olaraq gördüyümüz qardaş xalqları paytaxt Bakıya İstanbul və Ankaradan sonra İzmir üzərindən bağlayır, Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun artmasına şərait yaradırıq”.

Qeyd edək ki, Qafqazın ən mühüm mədəniyyət və ticarət mərkəzi kimi seçilən Bakıda BMT-nin UNESCO Dünya İrs Siyahısında olan Şirvanşahlar Sarayı, Qız qalası və tunc dövrü nə aid silah və bəzək əşyalarının yer aldığı Qobustan Muzeyi var.

Azərbaycanda müalicə mənbəyi olan palçıq vulkanları da gələn turistlərin və tədqiqatçıların diqqətini çəkir.

“AnadoluJet”in İzmir-Bakı reysləri ilə bağlı ətraflı məlumatı “anadolujet.com” internet ünvanından və 0850 333 2 538 saylı çağrı mərkəzindən əldə edə bilərsiniz.