Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov cümə günü, iyunun 16-da Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun səhhətinin əla olduğunu və hazırdaiş başında olduğunu bildirib.
Yeri gəlmişkən, SİA dünən rus saytlarına istinadən az qala Kirill Budanovun artıq öldürüldüyü barədə xəbər paylaşmağa hazırlaşırdı.
Belə ki, ötən gün rus saytları Budanovun Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin qərargahına Rusiyanın raket hücumu zamanı yaralandığını və hətta ölüm ayağında olduğu üçün Bundesverin Berlindəki xəstəxanasına aparıldığını bildirmişdilər.
...Yusov bu gün dünənki məlumatı təkzib edib və Ukrayna hərbi kəşfiyyatının rəhbərinin əla səhhətə malik olduğunu bildirib.
Yusov, həmçinin Budanovun planlarla dolu xeyli işi olduğunu söyləyərək, onunla şəxsən danışdığını da bildirib.
Xatırladaq ki, hələ bir müddət bundan əvvəl də Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun Donbassdakı münaqişə zamanı üç yara aldığını bildirilirdi.
O vaxt Budanovun sözlərinə görə, yaralardan biri çox ağır olub və qəlpəni çıxarmaq mümkün olmadığı üçün hələ də bədənində gəzdirir.
Ağasəf Babayev