İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş idarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan mədəniyyətinin himayədarı” adlı tədbir keçirilib.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Səbail rayon İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Əməkdar İncəsənət xadimi Nazim Hacıəlibəyov, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Nəzmiyyə Abbaszadə, Xalq artisti Cənnət Səlimova, Əməkdar mədəniyyət işçisi Faiq Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Mədəniyyərşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları, Bakı şəhəri musiqi və incəsənət məktəblərinin direktorları, tədris işlər üzrə müavinləri, musiqi və incəsənət məktəblərinin müəllim kollektivləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində aparıcılar Lalə Quliyeva və Hüseynağa Aslanov Ümümmilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısında yorulmaz fəaliyyəti və xidmətlərindən bəhs edərək, Ulu öndərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələr, mədəniyyət xadimlərinə olan qayğı və dəstəyini xüsusi vurğuladılar. Məktəbin istedadlı şagirdlərinin ifasında böyük şəxsiyyətin sevdiyi bəstəkarların əsərlərindən ibarət musiqi çələngi təqdim olunub. Ü.Hacıbəyov, C.Cahangirov, Q.Qarayev, T.Quliyev, digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Solo nömrələrlə yanaşı məktəbin xor kollektivi, orkestr alətləri şöbəsinin ansamblı, xalq çalğı alətləri ansamblının çıxışları alqışlarla qarşılandı. Çıxışlar maraqlı videoçarxlarla və Ulu öndərin mədəniyyət, incəsənətə aid müdrik kəlamlarını səsləndirilməklə müşayiət olunub.
Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Səbail rayon ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva ürək sözlərini dedilər, məktəbin direktoru Səadət Eminova gələn qonaqlara təşəkkür etdi, məktəbin müəllim və şagird kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Məmmədhəsən MƏMMƏDOV