100-dən çox şagird inklüziv təhsilə cəlb edilib

16 İyun 2023 10:10 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. BŞTİ-dən SİA-ya verilən məlumata görə, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.