və ya Səhiyyəmizə yenilik gətirmiş insan
(Portret cizgiləri)
Elxan Yaqubov: “Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur”
2009-cu ildə dəyərli ziyalı, qanı-canı ilə Azərbaycana bağlı, yüksək vətənpərvərlik keyfiyyətləri ilə seçilən Elxan Ənvər oğlu Yaqubov tərəfindən əsası qoyulmuş Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi Özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparır, kimyəvi dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə etmədən insanlara yüksək səviyyədə şəfa verir. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Eləcə də Almaniyanın və dünyanın bir sıra ölkələrinin tanınmış həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək, Bioloji Təbabət Klinikasında ( Hal-hazırda İnteqrativ Təbabət Klinikası adlanır) yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər. Eyni zamanda Azərbaycanın da taınmış tibb mütəxəssisləri burada maraqlı mühazirələr oxuyurlar.
Yuxarıda yazdığım kimi Bioloji Təbatət ( İnteqrativ Təbaəbət) Klinikasının yaradıcısı, Azərbaycana bu səhiyyənin növünü gətirən Elxan Ənvər oğlu Yaqubovdur. 2023-cü ilin iyun ayının 16-da 55 yaşı tamam olan iş adamı, sahibkar Elxan Yaqubov bioloji təbabəti Azərbaycana gətirməklə səhiyyə sahəsində böyük yeniliklər edib və minlərlə xəstələrin məhz bu Klinikada şəfa tapmasına böyük yardımçı olub. Elxan müəllimin baxmayaraq ki, tibb sahədə təhsili yoxdur, amma Klinikaya rəhbərlik etdiyi və onun təsisçi direktoru olduğu 14 ildə təbabət sahəsini çox mükəmməl öyrənib və bu sahədə istənilən həkimlə peşəkar söhbət apara bilir və hətta Bioloji Təbabət ( İnteqrativ Təbabət) Klinikasına müraciət edən insanlara buarada gedən tibbi müayinələr, akademik təbabətlə bioloji təbabətin əsas fərqləri və bioloji təbabətin xəstələrə lazım olan köməkliyi ilə bağlı ətraflı məlumat verə bilir. Doğrudan da onunla bu sahədə fikir mübadiləsi aparan hər bir adam inanmır ki, Elxan Ənvər oğlu Yaqubovun tibb təhsili yoxdur. Belə bir maraqlı insanla, artıq adını Azərbaycan Səhiyyə tarixinə yazdırmış maraqlı şəxsiyyətlə çoxminli oxucularımızı 55 illik yubileyi ərəfəsində daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Elxan Ənvər oğlu Yaqubov 1968-ci ilin iyun ayının 16-da Göyçay rayonunun Qaraxtı kəndində anadan olub. Orta məktəbi öz kəndlərində əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olub. Buranı bitirəndən sonra “Planeta” Əczaçılıq Şirkətini yaradıb. Əczaçılıq məhsullarının pərakəndə və topdansatış işlərilə ciddi məşğul olub. Beləliklə, bu şirkətin təsisçi direktoru olan Elxan Yaqubov, 2009-cu ildə artıq dünyada məşhur olan Bioloji Təbabət Klinikasını yaradıb.
Bax, bizim onunla ilk tanışlığımız da həmin vaxtdan başlayıb. Çünki həmin vaxtı mənim mərhum dostum, Sumqayıt səhiyyəsində böyük işlər görmüş nevropatoloq Vahid Məmmədov həmin klinikada işləməyə başladı. Və o, məni Elxan Yaqubovla tanış elədi. Elə həmin vaxtdan da bizim Elxan müəllimlə dostluğumuz başladı. Bu 14 ildə Bioloji Təbaəbət Klinikasının inkişafı mənim gözlərim qarşısında olub. Bu illərdə onların çox uğurlarını görmüşəm və bu haqda silsilə yazılar yazmışam.
Budur, artıq ömrünün qoşa qızl beşini yaşayan və tarixi şəxsiyyət olan dostumla yenidən üz-üzə əyləşmişik.
- Elxan müəllim, sizin bu Bioloji Təbabət Kliniksını yaratmağınız hansı zərurətdən doğdu-deyə ona ilk sualla müraciət etdim.
- “Planeta” apteklərində biz gördük ki, respublikamızda Almaniyanın Heel firmasının pereparatlarına böyük ehtiyac var. Çünki xəstələrin sağalmasında bunların böyük effekti olur. Belə ki, xəstələr bu dərmanlardan istifadə eləyəndə tez şəfa tapırlar. Sonra biz Almaniyanını Heel firmasına müraciət eləyib və onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Homotoksikalogiya Cəmiyyətilə yaxından tanış olaq. Onların gördüyü işləri dərindən öyrənək. Bu cəmiyyətlərin rəhbərləri də bizə məsləhət gördülər ki, “siz də bioloji təbabəti Azərbaycanda lazım olan səviyyədə yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər. Buna görə Almaniyanın “Sanun” farma, “Simbio” farma, “Psko” firmasının preparatlarını Azərbaycanda qeydiyattdan keçirməlisiniz və Azərbaycandakı həkimlərə bu pereparatlarla müalicəni öyrətməlisiniz”. Onların bu təklifi xoşumuza gəldi. Həm də Almaniyadakı Beynəlxalq Bioloji Təbabət Cəmiyyəti də öz üzərinə götürdü ki, bu işləri də bizim mütəxəssislərə öyrətmək üçün həkim mütəxəssisləri, praktik mühazirəçiləri Azərbaycana göndərəcəklər.

Beləliklə, biz 2002-ci ildən başlayaraq Beynəlxalq Bioloji Təbatət Cəmiyətinin və Beynəlxalq Homotoksikalogiya Cəmiyyətinin mühazirəçilərinin təşəbbüsü ilə Azərbaycanda seminarlar təşkil etməklə, həkimləri də bu seminarlara cəlb elədik. Elə ilk seminarlardan, mühazirələrdən biz gördük ki, həkimlərimizin bu işə böyük maraqları var. Onlar böyük maraqla Almaniya firmalarının istehsal elədikləri, bioloji təbabətdə istifadə olunan dərman pereparatlarını xəstələrə tətbiq etməyə başladılar və az bir zamanda müsbət nəticələr aldılar. Xəstələr də bu pereparatlarıdan çox razı qaldılar. Ələbəttə, bu seminarlar çox böyükdür. Təxminən 1500 saatlıq bir proqramdır. Belə ki, bu, təxminən iki illik bir dövrü əhatə edir. Həm də bu kurslarda yalnız ali həkimlik diplomu olan mütəxəssislər iştirak etməli idi. Çünki artıq dünya səhiyyəsində təsdiq olunub ki, bioloji təbabət akademik təbabətdən sonrakı müalicə mərhələsi deməkdir. Bu, həm də XXI əsrin ən böyük və xəstələrin sağalmasına daha yaxşı köməklik eləyən, böyük effekt verən səhiyyə elmi deməkdir. Əlbəttə, bu iş elə də asan deyil. Bu sahəni də yalnız həkim kimi öz işinin mütəxəssisləri olanlar daha yaxşı mənisəyə bilərlər. Bu sahə həm də artıq ikinci tibbi təhsil almaq deməkdir. Belə ki, Almaniyada bu sahədə iki il mükəmməl təhsil alanlara həkim kimi ikinci diplom verilir.
Biz isə bundan sonra qarşımıza belə bir məqsəd qoyduq ki, gələcəkdə Azərbaycanda bioloji təbabətlə daha yaxından məşğul olan bir Mərkəz yaradaq. Ona görə də belə seminarları daha tez-tez Azərbaycanda keçirməyə başladıq. Artıq belə qərara gəldik ki, bu seminarlarda iştirak edən və bu sahəni daha yaxşı, mükəmməl mənisməyən, mükəmməl bilikli həkimlərdən gələcəkdə Bioloji Təbabət Kilinikasında işləyəcək həkimləri seçək. Çünki artıq az bir zamanda bu sahəni mənimsəyən həkimlərin aldığı effektlərdən sonra insanlar bizə müraciət edirdilər ki, “bu sahədə çalışan həkimlər harada işləyirlər?” Həmin həkimlər də ayrı-ayrı xəstəxanalarda işləyirdilər və xəstələr də məcbur olurdular ki, artıq bir neçə xəstəxanalara getsinlər. Bu da onların çox vaxtını alırdı.

-Deməli, ona görə də siz bu klinikanı yaratdınız?
-Bəli. Beləliklə də, 2009-cu ildən bu gördüyünüz Bakı şəhəri 3-cü mikrarayondakı keçmiş Cavadxan 24 və indiki Seyid Cəfər Pişəvəri küçəsindəki bina 110-da yerləşən beş mərtəbəli, çox yaraşıqlı Bioloji Təbəbət Klinikasını yaratdıq. Burada bioloji təbabəti dərindən bilən və bütün sahələr üzrə həkimləri çox ciddi seçmək üsulu ilə işə götürdük. Bura xarici ölkələrdən Avropa standartlarına cavab verən çoxlu tibbi avadanlıqlar gətirdik. Həkimlər bu avadanlıqlarla işləmək qaydalarını xaricdən dəvət elədiyimiz mütəxəssislərdən mükəmməl öyrəndilər. Burada işləyən həkimlər üçün Almaniyadan dəvət elədiyimiz həkimlərin mühazirələrini keçməklə yenidən kurslar da təşkil elədik ki, onlar bir daha öz işlərini mükəmməl öyrənsinlər. Eləcə də Almaniyadan gələn həkimlər xəstələr üzərində praktiki müalicə apararaq, bizim həkimlərə bu işləri də mükəmməl öyrətdilər. Həm də həmin parktiki təcrübə akademik təbabətdə müalicəsi mümkün olmayan xəstələr üzərində keçirilirdi. O xəstələr ki, təkcə Azərbaycanda yox, bir sıra xarici ölkələrdə ad-san qazanmış həkimlərin yanında olmuşdular və sağalmamışdılar, biz praktikanı həmin xəstələr üzərində keşdik. Az bir zamanda da yüksək nəticələr alındı və həmin xəstələr bizim Bioloji Təbəbət Klinikasından çox razı getdilər. O xəstələr ki, artrozdan, poliartiritdən, dağınıq sklerozdan, hormonal pozulmalardan, piylənmədən əziyyət çəkirdilər, onlar tam sağaldılar. İnsanlar vardı ki, qırmızı qurd eşənəyi xəstəliyindən neçə illərdir ki, müalicə oluna bilmirdilər. Psarioz və şəkər xəstəlikləri olanlar dünyanın ən məşhur həkimlərinə müraciət etməyə məcbur olmuşdular, amma nəticəsi olmamışdı. Beləliklə, bütün bu xəstələr tez bir zamanda Klinikamızda sağaldılar. Onlar son ümid yerlərini burada tapdıqlarından, artıq özləri bizim Klinikanı təbliğ etməyə başladılar. Xəstə olan ən yaxın adamlarını, dostlarını, qonşularını, qohumlarını bura gətirməyə başladılar və onlar da tam sağaldılar. Eləcə də bizim həkimlər Azərbaycanın televiziya, radio kanallarında bioloji təbabətlə bağlı insanlarımızı maarifləndirdilər. Çox vaxt insanlarımız elə bilir ki, bizim müalicə üsulu xalq təbabəti, otlarla və ya Çin təbabət üsuludur. Amma elə deyil. Ona görə də qısa bir zamanda bizim klinikaya müraciət eləyənlərin sayı tədricən çoxaldı. Artıq Rusiyadan, Gürcüstandan, İrandan, Türkiyədən bizim Bioloji Təbabət Klinikasına müraciət edən və burada şəfa tapan insanlar da çoxdur.
- Sizdə olan tibbi avadanlıqların çoxu nə dövlət, nə də başqa Özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?
- Həkimə xəstənin “daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsi ilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur.

- Bu vaxta qədər sizin pulsuz təşkil etdiyiniz seminarlarda, mühazirələrdə nə qədər həkim iştirak eləyib və sertifikat alıb?
- Təşkil etdiyimiz qısa seminarları Azərbaycanın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim keçib. Amma 92 saatlıq bütöv kursu 5000-dən çox həkim keçib və sertifikat alıb. Biz, bu seminarları Almaniyadan, İsveçrədən və digər xarici ölkələrdən dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə Bakıda yox, Azərbaycanın əksər rayonlarında - Gəncə, Mingəçevir, Sumqayıt və başqa şəhərlərində, hətta Naxçıvan Muxtar Respublikasında da təşkil etmişik. Məhz buna görə də həmin bölgənin insanları bizdən çox razı qalıblar. Artıq həmin bölgələrdə işləyən həkimlər bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri bizim Sumqayıt, Göyçay bölgələrindəki klinikalarımızda işləyirlər. Xəstələr də onlardan çox razılıq edirlər. Biz artıq beş ildir ki, Masallıda özümüzün yeni filialımızda da açmışıq. Ora təkcə Cənub bölgəsindən yox, respublikamızın hər yerindən və hətta İrandan, Türkiyədən də xəstələr müraciət edirlər. Orada işləyən həkimlər və tibb bacıları burada tam kurslar keçiblər. Onlar bioloji təbabət sahəsinə mükəmməl yiyələniblər. Xəstələr onlardan çox razılıq edirlər. Masallıdakı Bioloji Təbabət Klinikamız Avropa standartlarına uyğun tikilib və lazım olan bütün tibbi avadanlıqlarla da təchiz olunub. Bu Klinika Cənub bölgəsində ən böyük Klinika olub, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının camaatına yüksək səviyyədə xidmət edir. Eləcə də qonşu İrandan gələn həmvətənlərimiz də şoxdur. Burada respublikada tibb sahəsində çox böyük ad-san qazanmış, tibb sahəsi üzrə alim olan çoxlu həkimlər işləyir. Bakıdakı Mərəkzi Klinikamızdan da çoxlu həkimlərimiz həm Göyçaya və həm də Masallıya gedib, xəstələri qəbul edir və onlara tibbi yardımlar edirlər.

- Bioloji Təbabət Klinikasının filiallarını bölgələrdə yaratmaqla böyük iş görübsünüz və bu, çox təqdirəlayiq haldır.
- 20 ilə yaxındır ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçiririk. Göyçayda, Bərdədə, Masallıda, Gəncədə, Naxçıvan şəhərində və sairə bölgələrdən Bakıya gəlməyə imkanları olmayan həkimlərə o bölgələrdə dəfələrlə Almaniyadan və dünyanın ayrı-ayrı yerlərindən olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda da klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay, Sumqayıtda və Masallıda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi Şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Cənub bölgəsinin əhalisi Masallıdakı Bioloji Təbabət Klinikasında müalicə olunur.

- Hansı xəstəliklər var ki, onlar sizin Bioloji Təbabət Klinikada tam müalicə olunur?
- Dünyada müalicəsi çox çətin olan bu xəstəlikləri bizim Klinikada Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla tam müalicə etmək mümkündür. Bunlar- qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, skalioz, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz, əsəb xəstəlikləri, şəkər xəstəliyi və başqaları. Artıq bütün bu sahələrdə bizim uzun illərdir ki, təcrübəmiz var. Və belə xəstələri çox müalicə etmişik. Ona görə də mən həmvətənlərimizə demək istəyirəm ki, belə xəstəlikləri müalicə etmək üçün xarici olkələrə getmək lazım deyil. Bizim Klinikaya müraciət edin və müsbət effektini də görün.

- 55 yaşlı Elxan Yaqubovun xalqımıza hansı arzuları, istəkləri var?
- Mən də 2000-ci illərdən başlayaraq bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm. Ona görə də biz Bioloji Təbabət Klinikasını yaratmışıq. Ən birinci məqsədimiz budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə almaq üçün böyük pullar xərcləməklə xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etinlər və şəfa tapsınlar. Eləcə də qonşularımız olan Rusiya, Türkiyə, İran və Gürcüstan respublikasindan da xəstələr bizim Bioloji Təbabər Klinikasına müraciət edib, çox az müalicə xərcləri ilə tam sağalsınlar. Sevindirici haldır ki, artıq həmin ölkələrdən bizə müraciət edənlər çoxdur.
Bilirsiniz ki, biz əvvəllər uzunömürlü xalq olmuşuq. Bizim məqsədimiz də budur ki, xəstələri tam sağaltmaqla uzunömürlülük ənənəsini Azərbaycanda bərpa edək. Bu sahədə inkişaf etməyimiz üçün əlimizdən gələni edirik və edəcəyik. Bilirsiniz ki, sağlamlıq insan üçün dünyada ən böyük nemətdir. Ona görə də hər bir insan gözəl və mənalı yaşamaq üçün ilk öncə öz sağlamlığının qeydinə qalmalıdır. İnsan üçün ən böyük var-dövlət can sağlığıdır. Bir də ki, biz 44 günlük Vətən müharibəsində qələbə çalmışıq. Deməli, biz qalib xalqığ. Qalib xalqın övladları həmişə başını uca tutub, bütün xəstəliklərə də qalib gəlməlidir. Çünki bir millət olaraq, bizim Qarabağda görəcəyimiz çox işlər var.

P.S. Bir vaxtlar mən Elxan Ənvər oğlu Yaqubovun 50 illik yubileyində də iştirak etmişdim. Həmin vaxtı Elxan müəllimin 50 illik yunileyi Bioloji Təbabət Klinikasının işçilərinin və buarada müalicə alan çoxlu insanların iştirakı ilə yüksək səviyyədə keçirilmişdi. Həmin yubileydə çoxlu tanınmış insanlar, tibb və başqa sahələrdə böyük fəxri adı olanlar və eləcə də orta məktəb yoldaşları, cavanlıq dostları, tanınmış iş adamları Elxan Ənvər oğlu Yaqubov haqqında öz ürək sözlərini demişdilər. Onun bioloji təbabəti Azərbaycana gətirməsilə bağlı yeniliklərindən, xeyirxahlıqlarından ətraflı danışmışdılar. O vaxtı bu insanların çıxışına qulaq asdıqca beynimdən bu fikir keçmişdi: “Tibb sahəsində çalışanlar həqiqətən də yerdə Ulu Tanrının elçiləridir. Onlar insanların həyatda sağlamlığını qorumaqla və onlara şəfa verməklə cənnəti elə bu dünyada qazanırlar. Elxan Yaqubov da bioloji təbabəti Vətənimiz Odlar yurduna gətirməklə həqiqətən cənnəbi bu dünyada qazanmış yüksək vətənpərvər Azərbaycan oğludur”.
Xalqımızın ən böyük ziyalılarından biri, Xalq şairi Nəriman Həsənzadə də bu Klinikada müalicə olunmaqla Elxan Yaqubov və onun rəhbərlik etdiyi Bioloji Təbabət Klinikasının kollektivi haqqında həmin yubileydə çox maraqlı fikirlər söyləmişdi və onun Elxan müəllimə həsr etdiyi bu şeir isə o vaxt gurultulu alqışlarla qarşılanmışdı:
-Səni göylər atdı desantı kimi,
Qaraca Çobanın sapandı kimi.
Torpağın müqəddəs bir andı kimi
dən kimi göyərdin, bitdin bu yerdə.
İlk şah əsərindi Şəfa ocağı,
Bir ana qoynudu isti qucağı.
Bu əlli illiyin-bayramqabağı
şərəfə, şöhrətə çatdın bu yerdə.
Burda göz yoldadı, qulaq səsdədi,
Ağ xalatlı qızlar bu Mərkəzdədi.
Ağalar deyəndə şair xəstədi,
Özün köməyimə yetdin bu yerdə.
Elxan Yaqubovun 55 illik yubileyi ərəfəsində tanınmış şair, Prezidentin Fərdi Təqaüdçüsü və bir vaxtlar Bioloji Təbabət Klinikasında müalicə alan, Əməkdar mədəniyyət işçisi, 85 yaşlı Əşrəf Veysəlli də mənə bu sətirləri göndərdi və dedi ki, “mənim adımdan Elxan müəllimi təbrik elə”.
Mən, həmin sətirlərlə bu portret cizgiləri yazımı tamamlayıram:
-Sənin ad günündür, mənim şad günüm,
Qüssəyə, kədərə, qəmə yad günüm.
Bizi bağışlamaz Ulu Tanrı da,
Qədrini bilməsək bu, azad günün.

Ağalar İDRİSOĞLU,
Yazıçı, rejissor, jurnalist
Əməkdar incəsənət xadimi