Süni mayalanmanın çoxalması erkən doğuşların sayının artmasına səbəb olub- Mama-ginekoloq

14 İyun 2023 16:35 (UTC+04:00)

Süni mayalanmanın artması erkən doğuşların sayının artmasına səbəb olub.

SİA xəbər verir ki, bunu mama-ginekoloq Ayna Məmmədrəhimova deyib. Həkim bildirib ki, günümüzdə süni mayalanmaların sayı hədsiz dərəcədə artmaqdadır:“Bu da çoxdöllü hamiləliklərin sayının artmasına səbəb olur. Bətndəki körpələrin sayı artdıqca isə erkən doğuş riskləri artır. Bunun nəticəsində yarımçıq doğulan uşaqların sayı kəskin artmaqdadır. 28-32-ci həftəsində doğulan uşaqların sayı artır. Bu da süni mayalanmanın mənfi təsirlərindəndir”.