Buray ilk dəfə sevgilisi Ezgi Şenler ilə görüntülənib

14 İyun 2023 14:57 (UTC+04:00)

Son zamanlar populyarlaşan türk müğənni Buray ilk dəfə sevgilisi Ezgi Şenler ilə görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam keçirilən “Elle” mükafatlandırma mərasiminə birgə qatılan cütlük sosial şəbəkədə paylaşımları ilə diqqət çəkib.

Buray sevgilisi Şenlərin onu öpdüyü kadrı izləyiciləri ilə bölüşüb.