13 iyun Yaponiya Səfirliyi və Azərbaycan Milli Konservatoriyasını birgə təşkilatçılığı, Landmark Bakunun sponsorluğu ilə Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın məşhur piano ifaçısı Nakamura Tempeyin piano konserti olmuşdur. Ötən il “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində ilk dəfə Azərbaycanda iştirak edən ifaçı tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış və bu dəfə də Nakamura Tempei Avropa turu çərçivəsində Azərbaycan maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsert proqramları ilə çıxış etmiş, xüsusilə, Yaponiya daxilində UNESCO Dünya Mədəni İrsinə daxil olan abidə və məkanlar, təbii fəlakətdən zərərçəkmiş ərazilərə dəstək məqsədli konsertləri ilə rəğbət qazanmışdır. O, öz “Doğan Günəş” (“Rising Sun”) layihəsini Böyük Şərqi Yaponiya Zəlzələsindən sonrakı bərpa işlərinə həsr etmiş və 2015-ci ildə Hyoqo Prefekturası Sənətkarlar Cəmiyyəti tərəfindən İncəsənətdə İnkişaf mükafatına layiq görülmüşdür. Nakamura Tempei konsertdə Yaponiyanı və dünyadakı müxtəlif aktual məsələləri əks etdirən və öz bəstəsi olduğu “Mənəvi yol”, “ Əjdahanın göz yaşları” , “Ruhun yüksəlişi” kimi unikal parçalarla birgə, Yaponiya və dünyanın bəzi məşhur musiqi parçalarını da ifa etmişdir.
Qeyd etmək istərdik ki, Nakamura Tempei Azərbaycandan sonra yenidən Avropa turuna davam edərək, bir sıra Avropa ölkələrində konsert proqramı ilə çıxış edəcəkdir.
Afət Məmmədov